Bakı. Rufiz Hafizoğlu - Trend:
Hollandiyanın Türkiyədəki konsulluğu terakt təhlükəsinə görə bağlanıb.
Trend xəbər verir ki, bu barədə DHA məlumat verib.
Konsulluğun fəaliyyətini nə zaman bərpa edəcəyi barədə isə hələlik məlumat verilmir.
Terror təhlükəsinə görə, Almaniyanın Ankaradakı səfirliyi də fəaliyyətini dayandırıb.
Qeyd edək ki, bu il mart ayının 13-də Ankarada törədilmiş terror aktında 37 nəfər ölmüş, 125 nəfər isə yaralanmışdı.