...

Türkiyə Baş Qərargahının binasını tutan hərbçilər zərərsizləşdirildi

Dünya xəbərləri Materials 16 İyul 2016 04:49 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının inzibati binasını ələ keçirən hərbçilər zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə binanın azad olunmasından sonra Baş Qərargahın bəyanatında deyilir.

Məlumata əsasən, hərbi çevrilişə cəhdə 46 hərbçi rəhbərlik edib.

Həmçinin bildirilir ki, çevrilişə cəhddə iştirak edən 104 hərbçi həbs edilib.

Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhd olub. Nəticədə 17 polis həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti