Bakı. Orxan Quluzadə - Trend:
Türkiyədə hərbi təhsil müəssisələri bağlana bilər. Trend-in "A Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu müdafiə naziri Fikri İşık deyib.
Onun sözlərinə görə, bununla yanaşı, hərbi akademiyalar fəaliyyət göstərməyə davam edəcək.
Hazırda ölkədə 4 hərbi təhsil müəssisəsi fəaliyyət göstərir.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.