...

Kamal Kılıçdaroğluna silahlı hücumda PKK ehtimalı: ölən və yaralılar var (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 25 Avqust 2016 16:36 (UTC +04:00)
Türkiyənin Artvin vilayətində CHP lideri Kamal Kılıçdaroğluna silahlı hücum olub.
Kamal Kılıçdaroğluna silahlı hücumda PKK ehtimalı: ölən və yaralılar var (YENİLƏNİB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:38-də yayılıb)

Bakı. Rufiz Hafizoğlu - Trend:

CHP lideri Kamal Kılıçdaroğlunun kortejinə silahlı hücumu PKK terror təşkilatının silahlıları törədə bilər.

Trend-in  "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Əfqan Ala deyib. 

Onun sözlərinə görə, bu, Türkiyənin demokratik quruluşuna hücum deməkdir.

X X X

16:15

Müxalif CHP lideri Kamal Kılıçdaroğlunun kortejinə silahlı hücum nəticəsində xəsarət alanlar olub.

Trend "TRT Haber" telekanalına istinadən məlumat verir ki, korteji müşayiət edən 1 hərbçi ölüb, 3-ü yaralanıb.

Faktı daxili işlər naziri Əfqan Ala təsdiqləyib.

X X X

15:38

Türkiyənin Artvin vilayətində CHP lideri Kamal Kılıçdaroğluna silahlı hücum olub.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb.

Hücum edənlərin axtarışı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti