...

Almaniyadan “erməni soyqırımı” açıqlaması

Dünya xəbərləri Materials 2 Sentyabr 2016 13:38 (UTC +04:00)
Almaniya parlamentinin iyunun 2-də qəbul etdiyi “erməni soyqırımı” qətnaməsi hüquqi məcburiyyət təşkil etmir.
Almaniyadan “erməni soyqırımı” açıqlaması

Bakı. Trend:

Almaniya Bundestaqının (ölkə parlamenti) iyunun 2-də qəbul etdiyi “erməni soyqırımı” qətnaməsi hüquqi məcburiyyət təşkil etmir.

Trend-in Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer deyib.

Onun sözlərinə görə, Almaniya Bundestaqının siyasi mövzularda özünü ifadə etmə haqqı olsa da, parlamentdən çıxan hər bir qərar hüquqi məcburiyyət təşkil etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti