Bakı. Orxan Quluzadə - Trend:
Azərbaycanın təhlükəsizliyinin möhkəmləndirilməsi Türkiyə üçün prioritetdir.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşık Bakıda keçirilən "ADEX 2016" 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisində deyib.
Onun sözlərinə görə, Azərbaycana səfəri çərçivəsində iki ölkənin müdafiə sənayelərinin gücləndirilməsi üçün bir sıra layihələr müzakirə olunub: "Azərbaycanlı kursantların Türkiyədə hazırlanması da müzakirə olunub".