Bakı. Orxan Quluzadə - Trend:
Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın şimalında İŞİD-in 53 və PYD-nin 70 mövqeyini məhv edib.
Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, ötən gün əməliyyatlar zamanı Türkiyənin müttəfiqi olan Azad Suriya Ordusunun 7 üzvü həlak olub.