...

İtaliyanın 100 şəhərində dağıntılar var (FOTO)

Dünya xəbərləri Materials 31 Oktyabr 2016 12:32 (UTC +04:00)
İtaliyada ötən gün baş vermiş güclü zəlzələdən sonra ölkənin mərkəzi hissəsindəki 100 şəhərdə dağıntılar qeydə alınıb.
İtaliyanın 100 şəhərində dağıntılar var (FOTO)

Bakı. Trend:

İtaliyada ötən gün baş vermiş güclü zəlzələdən sonra ölkənin mərkəzi hissəsindəki 100 şəhərdə dağıntılar qeydə alınıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

“Corrire della Sera” qəzetinin məlumatına görə, həmin ərazilərdən 40 minə yaxın sakin təxliyə edilib.

Bu, 1980-ci ildən bəri İtaliyada baş vermiş ən güclü zəlzələdir. Zəlzələnin maqnitudası Rixter cədvəli ilə 6,5 bal təşkil edib, episentri mərkəzi İtaliyada, Norça şəhəri yaxınlığnda qeydə alınıb. Təbii fəlakət insan itkisinə səbəb olmasa da, 20 nəfər xəsarət alıb, çoxlu sayda tikili, eləcə də tarixi abidə dağılıb.

Qeyd edək ki, oktyabrın 30-u səhər saatlarında baş vermiş zəlzələdən sonra yeraltı təkanlar gün ərzində davam edib. Ümumilikdə 114 təkanın qeydə alındığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti