Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri tərəfindən 92 gündür davam edən "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror qruplaşmasının 108 mövqeyinə qurudan və havadan zərbələr endirilib.
Trend-in DHA agentliyinə istinadən verdiyi məlumata görə, İŞİD-dən alınan ərazilər mina və əldəqayırma partlayıcı qurğulardan təmizlənib.
Ötən gün əməliyyatlar zamanı 2 türk hərbçi yaralanıb. "Azad Suriya Ordusu"nun isə 4 üzvü həlak olub, 21-i xəsarət alıb.