...

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfin həbsinə order verilib

Dünya xəbərləri Materials 28 Noyabr 2016 18:28 (UTC +04:00)
Pakistanın Bəlucistan əyalətinin məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfin həbsinə order verib.
Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfin həbsinə order verilib

Bakı. Trend:

Pakistanın Bəlucistan əyalətinin məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfin həbsinə order verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, keçmiş prezident əyalətin siyasi liderlərindən biri Əkbər Buqtinin qətlinin təşkilində ittiham olunur.

Bu ilin yanvarında birinci instansiya məhkəməsi P.Müşərrəfi bu ittihamdan azad etmişdi. Lakin Buqtinin oğlu onun həbsi tələbi ilə yenidən məhkəməyə müraciət etmişdi.

P.Müşərrəfin həbs olunub olunmayacağı məlum deyil. Onun hazırda Dubayda olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti