...

"Fərat qalxanı"nda 100 gün: 18 türk hərbçi ölüb

Dünya xəbərləri Materials 1 Dekabr 2016 10:44 (UTC +04:00)
"Fərat qalxanı" əməliyyatının 100-cü günü tamam olub.
"Fərat qalxanı"nda 100 gün: 18 türk hərbçi ölüb

Bakı. Trend:

Noyabrın 30-da Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində "Azad Suriya Ordusu" ilə birgə həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatının 100-cü günü tamam olub.

Trend-in məlumatına görə, bu müddət ərzində əməliyyat zamanı 18 türk hərbçi şəhid olub, 2 hərbçi itkin düşüb. Onların əsir götürülərək Rakka şəhərinə aparıldığı bildirilir.

Əməliyyat nəticəsində 218 yaşayış məntəqəsinə nəzarət ələ keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti