...

Rusiya və Türkiyə müdafiə nazirləri səfirin öldürülməsini TERROR adlandırdı

Dünya xəbərləri Materials 20 Dekabr 2016 16:38 (UTC +04:00)
Rusiyanın müdafiə naziri Sergey Şoyqu səfir Andrey Karlovun Ankarada öldürülməsini Rusiyaya qarşı terror aktı adlandırıb.
Rusiya və Türkiyə müdafiə nazirləri səfirin öldürülməsini TERROR adlandırdı

Bakı. Trend:

Rusiyanın müdafiə naziri Sergey Şoyqu səfir Andrey Karlovun Ankarada öldürülməsini Rusiyaya qarşı terror aktı adlandırıb.

Trend bu barədə "RİA Novosti"yə istinadən məlumat verir.

S.Şoyqu bu açıqlamanı türkiyəli həmkarı Fikri İşıqla görüşü zamanı verib. O, hadisə ilə bağlı geniş istintaqın keçiriləcəyinə və təqsirkarların cəzalandırılacağına ümid etdiyini deyib.

Öz növbəsində Türkiyənin milli müdafiə naziri Fikiri İşıq da hadisəni terror aktı adlandırıb. Türkiyəli nazir hadisənin təfərrüatlarını öyrənmək üçün Ankarada ləngiməli olduğunu və Moskvaya yalnız bu gün səhər gədiyini deyib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti