Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın administrasiyası 7 müsəlman dövləti vətəndaşlarının ölkəyə girişinə qoyulan qadağaya dair fərmana dəyişiklik edib.
Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə press-brifing zamanı Ağ Evin nümayəndəsi Şon Spayser deyib.
Onun sözlərinə görə, "yaşıl kart"ın sahibləri artıq ölkəyə daxil olmaq üçün xüsusi icazə almayacaqlar.