Bakı. Fidan Həsənzadə - Trend:
ABŞ-ın ən yaşlı sakini vəfat edib.
Trend-in məlumatına görə, Birləşmiş Ştatların ən yaşlı sakini Adele Danlap 114 yaşında idi. Nyu Cersi əyalətində yaşayan bu qadın 12 dekabr 1902-ci ildə anadan olub.
Son 14 ilini qocalar evində keçirən qadın evləndikdən sonra müəllimlik işini buraxıb.
Adelenin oğlu Örl anasının uzun yaşama səbəbini bilmədiyini deyib:
"Heç vaxt gəzintiyə çıxmaz, idmanla məşğul olmazdı. Bir müddət siqaret çəkib. Atam infarkt olduqdan sonra ikisi də siqareti tərgitdi. İstədiyi hər şeyi yeyərdi".
Artıq ABŞ-ın ən yaşlı sakini Pensilvaniyada yaşayan 113 yaşlı qadın Delfin Gibsonsur.