Bakı. Trend:
Hindistanın “İndiGo” aviaşirkətinin Mumbay-Çandiqarx marşrutu ilə hərəkət etdən təyyarədə qeyri-adi insident yaşanıb.
Trend-in məlumatına görə, təyyarə uçuş zolağında olarkən sərxoş sərnişin qəza çıxışının qapısını açıb.
Nəticədə bir nəfər xəsarət alıb.
Təyyarə bələdçilərinin məlumatına görə, həmin şəxs təyyarə hərəkətə başlamamışdan əvvəl naməlum səbəblərdən qapını açmağa çalışıb. Bu zaman onun yanında oturan şəxs xəsarət alıb.
Hadisəni törədən şəxs polisə təhvil verilib.