Bakı. Trend:
Suriyada Əl-Bab şəhərinin yaxınlığındakı Sisyan kəndində minalanmış avtomobillə terror aktı törədilib.
Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 29 nəfər ölüb.
Türkiyənin "İhlas" agentliyi isə 45 mülki şəxsin həlak olduğunu iddia edir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müxalif "Azad Suriya Ordusu" Əl-Babın böyük hissəsinə nəzarəti ələ alıb.