...

Türkiyə Ali Seçki Şurası referendumun yekun nəticələrini açıqlayıb

Dünya xəbərləri Materials 28 Aprel 2017 00:45 (UTC +04:00)

Türkiyə Ali Seçki Şurası aprelin 16-da konstitusiyaya dəyişikliklərin edilməsinə dair keçirilmiş referendumun yekun nəticələrini açıqlayıb.

Trend-in Anadolu agentliyinə istinadən verdyi məlumata görə, Şuranın rəhbəri Sədi Güvən mətbuat konfransında referendumda seçici fəallığının 87,45 faiz olduğunu bildirib.

O qeyd edib ki, 25 milyon 157 min 463 seçici (51,41 faiz) dəyişikliklərin lehinə, 23 milyon 779 min 141 seçici (48,59 faiz) isə əleyhinə səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti