...

Amsterdam aerportunda zəhərli ilan, qurbağa aparan vətəndaş saxlanıldı

Dünya xəbərləri Materials 4 May 2017 12:39 (UTC +04:00)
Niderlandın paytaxtı Amsterdamın hava limanında Rusiya vətəndaşı saxlanılıb
Amsterdam aerportunda zəhərli ilan, qurbağa aparan vətəndaş saxlanıldı

Bakı Trend:

Niderlandın paytaxtı Amsterdamın hava limanında Rusiya vətəndaşı saxlanılıb.

Trend-in məlumatına görə, sərnişinin saxlanmasının səbəbi çantasında diri ilan, qurbağa, kərtənkələ və tarakanlar aparması olub.

Aeroport polisinin verdiyi məlumata görə, ilanlardan bəziləri zəhərli olub. Həmin şəxs heyvanları Braziliyadan Rusiyaya aparırmış.

Qeyd olunur ki, o, zəhərli heyvanları bel çantasında apardığı üçün saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti