Bakı. Rufiz Hafizoğlu - Trend:
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Qətəri Körfəz Ölkələri Əməkdaşlıq Şurası qarşısındakı öhdəlikləri icra etməyə çağırıb.
Bu barədə Trend-ə İƏT-dən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Qətərin Şura qarşısındakı öhədlikləri bütün ekstremist təşkilatlara dəstəyin dayandırılmasını nəzərdə tutur.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.