...

Nyu-York qubernatoru Trampa: Özünü deportasiya et, sən də mühacirsən

Dünya xəbərləri Materials 8 İyun 2017 23:31 (UTC +04:00)
Nyu-York ştatının qubernatoru Endryu Kuomo ABŞ prezidenti Donlad Trampa immiqrasiya fərmanı ilə əlaqədar ilk növbədə onu deportasiya etməyə çağırıb
Nyu-York qubernatoru Trampa: Özünü deportasiya et, sən də mühacirsən

Bakı. Trend:

Nyu-York ştatının qubernatoru Endryu Kuomo ABŞ prezidenti Donlad Trampa immiqrasiya fərmanı ilə əlaqədar ilk növbədə onu deportasiya etməyə çağırıb.

Trend-in məlumatına görə, qubernator E.Kuomo ABŞ prezidentinə özünün də immiqrant olduğunu xatırladıb:

"Nyu-yorklular bilirlər ki, biz hamımız immiqrantıq. Elə sən özün də, əziz dostum".

Qubernator özünü də immiqrant hesab etdiyi üçün deportasiyanı ilk növbədə ondan başlamağı təklif edib.

Qeyd edək ki, Donald Trampın atası alman, anası şotland əsilli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti