...

Binəli Yıldırım Natiq Əliyevin vəfatı ilə əlaqədar Azərbaycana başsağlığı verib

Dünya xəbərləri Materials 11 İyun 2017 01:22 (UTC +04:00)
Türkiyənin Baş Naziri Binəli Yıldırım iyunun 9-da xəstəxanada müalicə zamanı vəfat edən energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar Azərbaycana başsağlığı verib
Binəli Yıldırım Natiq Əliyevin vəfatı ilə əlaqədar Azərbaycana başsağlığı verib

Bakı. Trend:

Türkiyənin Baş Naziri Binəli Yıldırım iyunun 9-da xəstəxanada müalicə zamanı vəfat edən energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Trend-in Anadolu-ya istinadən verdiyi məlumata görə, baş nazir İstanbulda Dolmabaxçada baş nazirin iqamətgahında iftar süfrəsində çıxışını başsağlığı verməklə başlayıb.

Binəli Yıldırım vəfat etmiş nazirə rəhmət, Azərbaycana isə başsağlığı diləyib.

Qeyd edək ki, iftar süfrəsində Azərbaycanın nümayəndələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti