...

Moskvada etiraz aksiyalarında 150 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 12 İyun 2017 20:23 (UTC +04:00)
Rusiyanın paytaxtı Moskvada keçirilən etiraz aksiyalarında 150-dən çox şəxs saxlanılıb.
Moskvada etiraz aksiyalarında 150 nəfər saxlanılıb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada keçirilən etiraz aksiyalarında 150-dən çox şəxs saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya DİN açıqlama yayıb.

DİN-nin məlumatında bildirilir ki, paytaxtdakı aksiyalarda 4,5 min nəfər iştirak edib.

İcazəsiz etiraz aksiyaları müxalifətçi Aleksey Navalnının çağırışı ilə keçirilib. Moskva meriyası bu çağırışı təxribat hesab edib. A.Navalnı saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti