Bakı. Trend:
Əfqanıstanın şərqində Paktiya əyalətində azı 5 terrorçu polis idarəsinə hücum edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, by haqda News Tolo telekanalı xəbər verir.
Məlumata görə, bir yaraqlı polis idarəsinin yaxınlığında özünü partladıb. Digər 3 nəfər polis idarəsinə girməyə cəhd göstərən zaman məhv edilib. Daha bir terrorçu təhlükəsizlik qüvvələri ilə atışmanı davam etdirir.
Əfqanıstan DİN-in nümayəndəsi bildirib ki, hücum nəticəsində iki polis həlak olub.
Regionda fəaliyyət göstərən heç bir qruplaşma hücuma görə məsuliyyəti hələlik üzərinə götürməyib.