...

Səfir: İranın Suriyaya raket zərbələri Tehrandakı terror aktına cavabdır

Dünya xəbərləri Materials 20 İyun 2017 14:05 (UTC +04:00)
İranın İŞİD terror qruplaşmasının Suriyadakı mövqeyinə raket zərbələri Tehranda törədilmiş terror aktına cavabdır.
Səfir: İranın Suriyaya raket zərbələri Tehrandakı terror aktına cavabdır

Bakı. Trend:

İranın İŞİD terror qruplaşmasının Suriyadakı mövqeyinə raket zərbələri Tehranda törədilmiş terror aktına cavabdır.

Trend-in məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Mehdi Sanai deyib.

Beynəlxalq Qüds Gününə həsr olunmuş tədbirdə çıxış edən diplomat bildirib ki, İran bu raket zərbələri ilə dünyaya gücünü və müdafiə qabiliyyətini, eləcə də öz sərhədlərini qorumaq üçün bütün gücünü istifadə etməyə hazır olduğunu nümayiş etdirdi.

Qeyd edək ki, iyunun 7-də İranda parlament binasına və Xomeyninin məqbərəsinə silahlı hücum zamanı 17 nəfər ölüb, 43 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti