Bakı. Trend:
Antarktidanın ən böyük şelf buzlağı olan “Larsen S” buzlağının bir hissəsi qoparaq tarixin ən iri aysberqinin yaranmasına səbəb olub.
Trend-in məlumatına görə, qopma prosesi iyulun 10-dan başlayıb.
Qeyd olunur ki, ayrılan buzlağın sahəsi 5,8 min kvadrat kilometrdir.
Alimlər daha əvvəl qeyd etmişdilər ki, bu aysberqin qopması buzlağın ümumi sahəsinin onda bir hissəsinin itməsinə səbəb olacaq.