Bakı. Trend:
"Lufthansa" aviaşirkətətinn "Airbus A330" sərnişin təyyarəsi Kiprda təcili eniş edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təcili enişə səbəb salondan yanıq iyinin gəlməsi olub. Təyyarə eniş etdikdən və sərnişinlərin təxliyə edildiyindən sonra məlum olub ki, yanıq iysi sınmış kofe aparatından gəlirmiş.
Məlumata əsasən, təyyarə Münhendən Ər-Riyada uçurmuş. Təyyarənin göyərtəsində 186 sərnişin olub.