...

Şri-Lankada denqe qızdırmasından ölənlərin sayı artmaqdadır

Dünya xəbərləri Materials 25 İyul 2017 18:39 (UTC +04:00)
Şri-Lankada denqe qızdırması qurbanlarının sayı 300-ü keçib.
Şri-Lankada denqe qızdırmasından ölənlərin sayı artmaqdadır

Bakı. Trend:

Şri-Lankada denqe qızdırması qurbanlarının sayı 300-ü keçib. Trend-in məlumatına görə, bu barədə ölkədə fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaçın nümayəndəsi bildirib.

Daha öncə ölkədə 68 min nəfərin bu dəhşətli qızdırma virusuna yoluxduğu, yoluxma hallarından 205 faktın ölümlə nəticələnməsi barədə xəbər verilmişdi.

Nümayəndənin sözlərinə görə, hazırda Beynəlxalq Qırmızı Xaçın əməkdaşları Qampaxa mahalında dezinfeksiya işləri aparırlar.

Xəbər lenti

Xəbər lenti