...

Almaniya XİN: Şimali Koreya böhranı nüvə müharibəsinə səbəb ola bilər

Dünya xəbərləri Materials 15 Avqust 2017 04:07 (UTC +04:00)
Koreya Xalq Demokratik Respublikası ilə bağlı böhranın nüvə müharibəsinə səbəb olacağı istisna deyil.
Almaniya XİN: Şimali Koreya böhranı nüvə müharibəsinə səbəb ola bilər

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikası ilə bağlı böhranın nüvə müharibəsinə səbəb olacağı istisna deyil.

Trend-in məlumatına görə, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel belə düşünür.

O qeyd edib: "Nüvə müharibəsi istisna deyil. Lakin adi silahların tətbiqi ilə müharibə də xeyli sayda insanın həyatına mənfi təsir edəcək".

Bundan başqa, nazir Almaniya Kansleri Angela Merkelin ABŞ Prezidenti Donald Trampın NATO ölkələrində silahlanmanın artırılması ilə bağlı tələbinə dəstək verməsini tənqid edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti