...

Stokholmda partlayış - Yaralılar var

Dünya xəbərləri Materials 15 Avqust 2017 14:53 (UTC +04:00)
İsveç paytaxtının cənubunda Tronqsund rayonunda tikinti meydançasında partlayış baş verib.
Stokholmda partlayış - Yaralılar var

Bakı. Trend:

İsveç paytaxtının cənubunda Tronqsund rayonunda tikinti meydançasında partlayış baş verib. Trend-in məlumatına görə, yerli radio partlayış nəticəsində 6 nəfərin xəsart alması barədə xəbər verib.

Məlumata görə, 5 nəfər tüstülənmədən zəhərlənib, 1 nəfər isə yanıq xəsarətləri alıb.

İlkin məlumata görə, partlayışa səbəb tikinti tozu və ya hansısa tikinti materialı olub.

İnsident yerində yanğın qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti