...

Belçikada polis məntəqəsinə hücum edilib

Dünya xəbərləri Materials 26 Avqust 2017 00:53 (UTC +04:00)
Belçikanın paytaxtı Brüsselin mərkəzində naməlum şəxs polis məntəqəsini yandırmağa cəhd göstərib
Belçikada polis məntəqəsinə hücum edilib

Bakı. Trend:

Belçikanın paytaxtı Brüsselin mərkəzində naməlum şəxs polis məntəqəsini yandırmağa cəhd göstərib.

Trend-in RİO Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda RTBF teleradio şirkəti xəbər verib.

Məlumata görə, hücum edən şəxs alışan mayə ilə dolu şüşəni binanın giriş qapısının qarşısına atıb.

İnsident nəticəsində xəsarət alan olmayıb. Cinayətkar hadisə yerindən uzaqlaşa bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti