...

İranda naməlum şəxs bıçaqla insanlara hücum edib - Ölən və yaralanan var

Dünya xəbərləri Materials 29 Avqust 2017 20:53 (UTC +04:00)
İranın paytaxtı Tehranda avtobus dayanacaqlarından birində naməlum şəxs bıçaqla insanlara hücum edib.
İranda naməlum şəxs bıçaqla insanlara hücum edib -  Ölən və yaralanan var

Bakı. Trend:

İranın paytaxtı Tehranda avtobus dayanacaqlarından birində naməlum şəxs bıçaqla insanlara hücum edib.

Trend-in məlumatına görə, hadisədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

İranın Fövqəladə Hallar Agentliyinin rəhbəri Həsən Abbasinin sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs saxlanılıb. Hadisənin səbəbləri hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti