Bakı. Trend:
İraqın cənubunda ardıcıl iki terror hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə yerinə cəlb olunmuş tibb işçilərin hər iki insident nəticəsində 50 nəfərin ölməsi barədə bildiriblər.
Son məlumata görə, insident nəticəsində daha 87 nəfər xəsarət alıb.
Terror hadisələrindən birinin partlayış, digərinin silahlı hücum olması bildirilir. Həlak olanlar arasında 3 İran vətəndaşının da olduğu xəbər verilir.
Hadisə yerinə xilasedicilər və polis cəlb olunub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.