Bakı. Trend:
ABŞ prezidenti Donald Тramp qaçqınların yenidən qəbul edilməsi barədə fərman imzalayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Ağ ev xəbər verir.
Fərmanın mətnində qadağanın qüvvədə olduğu 120 gün ərzində ölkənin təhlükəsizliyinin gücləndiyi qeyd olunub
Eyni zamanda sənəd bəzi ölkələrdən gələn qaçqınlara dair 90 günlük əlavə məhdudiyyyətlərin nəzərdə tutur.