...

Kabildə telestansiyaya hücum dəf edilib

Dünya xəbərləri Materials 7 Noyabr 2017 14:55 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslər "Şəmşad" televiziya stansiyasına hücum ediblər.
Kabildə telestansiyaya hücum dəf edilib

İlk xəbər saat 11:32-də yayımlanıb

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslərin "Şəmşad" televiziya stansiyasına hücumunun qarşısı alınıb. Trend-in məlumatına görə, hücum nəticəsində yayımı dayandıran telestansiya artıq fəaliyyətini bərpa edib.

X X X

Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslər "Şəmşad" televiziya stansiyasına hücum ediblər.

Trend xəbər verir ki, bu gün səhər saatlarında Kabildə əvvəlcə partlayış baş verdiyi, sonra atışma olduğu barədə məlumat daxil olub. Telestansiya əməkdaşlarından biri həmkarlarından bir neçə nəfərin öldüyü və yaralandığını bildirib. Onun sözlərinə görə, binaya 3 nəfər soxulub.

Təhlükəsizlik qüvvələri isə partlayışın terrorçu-intiharçı tərəfindən törədildiyini, bundan sonra binaya polis forması geyinmiş iki döyüşçünün girdiyini bildirir.

Hazırda "Şəmşad" telekanalı yayımı dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti