Bakı. Trend:
Amsterdamda Avropanın ən iri hava limanlarından biri olan Sxipxol aeroportunda texniki səbəblərlə əlaqədar onlarla uçuş ləngiyib.
Trend-in məlumatına görə, qüsurun hava limanının radiolokatoru ilə əlaqəli olduğu bildirilib.
Hazırda problemin aradan qaldırılması üçün işlər aparılır.
Hava limanında son uçuş yerli vaxtla saat 12:45-də (Bakı vaxtı ilə 15:45) baş tutub.
Hava limanının adi rejimdə fəaliyyətini nə zaman bərpa edəcəyi hələlik məlum deyil.