...

Facebook sosial şəbəkələrin mənfi təsirini etiraf edib

Dünya xəbərləri Materials 16 Dekabr 2017 06:59 (UTC +04:00)
Facebook tədqiqatçıları sosial şəbəkədə xəbər oxunuşunun insana zərər verə biləcəyini etiraf edib
Facebook sosial şəbəkələrin mənfi təsirini etiraf edib

Bakı. Trend:

Facebook tədqiqatçıları sosial şəbəkədə xəbər oxunuşunun insana zərər verə biləcəyini etiraf edib.

Trend-in məlumatına görə, bu barədə sosial şəbəkənin bloqunda yerləşdirilmiş məqalədə deyilir.

Facebook tədqiqatçıları Devid Ginsberg və Moira Burke, xəbər lentinin passiv oxunuşunun insanların ruh sağlamlığı üçün əlverişsiz ola biləcəyi qənaətinə gəlib.

"Ümumiyyətlə, insanlar məlumatların passiv şəkildə oxuduqda, çox vaxt sonradan onların səhhəti pisləşirlər", məqalədə bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti