...

“Fiat Chrysler” 160 mindən çox avtomobili geri çağırır

Dünya xəbərləri Materials 13 Yanvar 2018 04:59 (UTC +04:00)
“Fiat Chrysler Automobiles” şirkəti ABŞ-da 162 mindən çox avtomobili geri çağırmaq niyyətindədir
“Fiat Chrysler” 160 mindən çox avtomobili geri çağırır

Bakı. Trend:

“Fiat Chrysler Automobiles” şirkəti ABŞ-da 162 mindən çox avtomobili geri çağırmaq niyyətindədir.

Trend-in məlumatına görə, qərar avtomobillərin mühərrikində qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2017-ci ildə buraxılmış “Chrysler Pacifica” mini-ven tipli modelinə şamil olunur.

Bildirilir ki, qeri-çağırma kampaniyası avtomobilin hibrid benzin-elektrik versiyasını əhatə etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti