Bakı. Trend:
Kolumbiyada körpü tikinti işləri zamanı uçub.
Trend-in məlumatına görə, körpünün uçması nəticəsində azı 10 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb. Bundan əlavə, 2 nəfər itkin düşüb.
Körpü Velyavisensio ilə ölkə paytaxtı Boqotanı birləşdirir. Polis hadisə ilə bağlı araşdırma aparır.