Bakı. Trend:
Niderlandın paytaxtı Amsterdamın mərkəzində atışma baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, atışma nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb. Polis insidenti araşdırır, atəş açan şəxs saxlanılmayıb.
İnsidentin səbəbləri açıqlanmır.