...

Saakaşvili Niderlanda getdi

Dünya xəbərləri Materials 14 Fevral 2018 17:04 (UTC +04:00)
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili deportasiya olunduğu Polşadan Niderlanda gedib
Saakaşvili Niderlanda getdi

Bakı. Trend:

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili deportasiya olunduğu Polşadan Niderlanda gedib.

Trend-in məlumatına görə, o, bir neçə Avropa ölkəsində görüşlər keçirəcək.

Qeyd edək ki, fevralın 12-də M.Saakaşvili Kiyevdə saxlanmış və məhkəmə qərarı ilə Polşaya deportasiya olunmuşdu.

M.Saakaşvili Belçika, Almaniya və Fransaya da səfər edəcəyini deyib. Sabiq prezident Ukraynada, eləcə də Gürcüstanda hakimiyyətin dinc yolla dəyişməsi üçün mübarizəsini davam etdirəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti