...

"Taliban"çılar NBM-ə hücum edib: 8 polis ölüb

Dünya xəbərləri Materials 22 Fevral 2018 15:23 (UTC +04:00)
"Taliban" hərəkatının döyüşçüləri Qəzni vilayətində nəzarət-buraxılış məntəqəsinə (NBM) hücum edib.
"Taliban"çılar NBM-ə hücum edib: 8 polis ölüb

Bakı. Trend:

Əfqanıstanda "Taliban" hərəkatının döyüşçüləri Qəzni vilayətində nəzarət-buraxılış məntəqəsinə (NBM) hücum edib.

Trend-in məlumatına görə, hücum nəticəsində 8 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb.

Silahlı qarşıdurmanın bir neçə saat davam etdiyi bildirilir.

"Taliban" üzvlərinin də itkilər verdiyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti