...

Daşkənddə metronu partlatmaq təhdidi

Dünya xəbərləri Materials 23 Fevral 2018 16:31 (UTC +04:00)

Bakı. Trend:

Özbəkistanın paytaxtı Daşkənddə bir şəxs məlumat xidmətinə zəng vuraraq metronu partlatmaqla təhdid edib.

Trend-in məlumatına görə, zəng edən şəxs adının Doniyor Xolikov olduğunu deyib və həyat yoldaşının 20 dəqiqə ərzində övladını gətirməyəcəyi təqdirdə metroda partlayış olacağını bildirib.

Aparılan araşdırma nəticəsində həmin şəxsin adının həqiqətən də Doniyor Xolikov olduğu məlum olub və yaşayış yeri müəyyənləşdirilib.

Hazırda o saxlanılıb, araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti