...

Trampdan ETİRAF: Uduzduq

Dünya xəbərləri Materials 5 Mart 2018 15:22 (UTC +04:00)
"ABŞ bütün ticarət sövdələşmələrində uduzub, poladəritmə və alüminium sənayesi demək olar ki, tamamilə dağılıb".
Trampdan ETİRAF: Uduzduq

Bakı. Trend:

ABŞ bütün ticarət sövdələşmələrində uduzub, poladəritmə və alüminium sənayesi demək olar ki, tamamilə dağılıb.

Trend-in məlumatına görə, belə bir etirafı ABŞ prezidenti Donald Tramp edib.

Amerikalı lider deyib: "Biz bütün ticari sövdələşmələrdə uduzan tərəf olmuşuq. Dostlarımız da, düşmənlərimiz də uzun illər ABŞ hesabına mənfəət əldə edib. Bizim polad və alüminium istehsalımız məhv olub".

Tramp daha sonra belə bəyan edib: "Bağışlayın, dəyişikliklər zamanı gəlib. Amerikanı yenidən böyük etməyin zamanı çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti