...

Parisdə 2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər

Dünya xəbərləri Materials 20 Mart 2018 06:16 (UTC +04:00)
Fransanın paytaxtı Paris şəhərinin meri Ann İdalqo 2020-ci ildə ictimai nəqliyyatdan istifadəni pulsuz etmək niyyətindədir
Parisdə 2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər

Bakı. Trend:

Fransanın paytaxtı Paris şəhərinin meri Ann İdalqo 2020-ci ildə ictimai nəqliyyatdan istifadəni pulsuz etmək niyyətindədir.

Trend-in məlumatına görə, A.İdalqo bu barədə "Echo" qəzetinə müsahibəsində deyib.

O, qeyd edib ki, 2018-ci ilin yayına kimi bütün şəhər ərazisində pulsuz ictimai nəqliyyatın iqtisadi modelini öyrənmək və müzakirə etmək niyyətindədir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı son qərar 2020-ci ildə qabul oluna bilər.

"Echo" qəzetinin məlumatına əsasən, martın 20-si şəhər meriyasında 220 min yaşlı parisliyə pulsuz gediş biletinin verilməsi təklifi üzrə səsvermə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti