Bakı. Trend:
Fransanın sabiq prezidenti Nikolya Sarkoziyə qarşı 2007-ci ildə prezident kampaniyasının Liviyadan maliyyələşdirilməsi ilə bağlı ittihamlar irəli sürülüb.
Trend-in “Monde” qəzetinə istinadən verdiyi məlumata əsasən, Sarkozi məhkəmə nəzarəti altında alınıb.
Qeyd olunur ki, keçmiş prezidentin sorğu-suala çəkilməsi 25 saat çəkib.
Qeyd edək ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.