Bakı. Trend:
Qafqaz dağlarının ən hündür zirvəsi olan Elbrus dağının ətəyində qar uçqunu baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Uçqun dağın ətəyindəki avtomobil dayanacağına düşüb. 10-a yaxın avtomobilin qarın altında qaldığı bildirilir.
Hadisə yerinə alpinist-xilasedicilər cəlb edilib. Qar uçqununun kənar amillərin təsiri ilə yaranmadığı deyilir.