...

Sabah Rusiyada matəm elan olunub

Dünya xəbərləri Materials 27 Mart 2018 14:44 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin martın 28-də ölkədə matəm günü elan olunması ilə bağlı sərəncam imzalayıb.
Sabah Rusiyada matəm elan olunub

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin martın 28-də ölkədə matəm günü elan olunması ilə bağlı sərəncam imzalayıb.

Trend-in məlumatına görə, Kremlin mətbuat xidməti belə bir qərarın ötən gün Rusiyanın Kemerovo şəhərində baş verən faciə ilə əlaqədar qəbul edildiyini bildirib.

Xatırladaq ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 67 nəfər həlak olub. Onlardan 41 nəfəri uşaq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti