...

Türkiyənin 81 vilayətində etiraz aksiyası keçiriləcək - NİYƏ?

Dünya xəbərləri Materials 16 Aprel 2018 11:50 (UTC +04:00)
Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) fövqəladə hal rejiminin uzadılmasına etiraz olaraq eyni zamanda ölkənin bütün vilayətlərində etiraz aksiyası keçirəcək.
Türkiyənin 81 vilayətində etiraz aksiyası keçiriləcək - NİYƏ?

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) fövqəladə vəziyyətin müddətinin uzadılmasına etiraz olaraq ölkənin bütün vilayətlərində eyni zamanda etiraz aksiyası keçirəcək.

Trend-in məlumatına görə, aksiyalar aprelin 16-da, yerli vaxtla saat 12:00-da başlayacaq.

Qeyd edək ki, bir müddət əvvəl baş nazirin müavini Bekir Bozdağ fövqəladə vəziyyət rejiminin müddətinin uzadılacağını bildirmişdi.

Bu dəfə də fövqəladə vəziyyətin müddətinin uzadılacağı təqdirdə bu, sayca yeddinci olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti