...

ATƏT-də jurnalistlərin təhlükəsizliyi məsələləri üzrə yeni qrup yaradılıb

Dünya xəbərləri Materials 24 Aprel 2018 02:20 (UTC +04:00)
ATƏT-in 15 üzv ölkəsi Vyanada yeni "dostlar qrupu" təşkil ediblər
ATƏT-də jurnalistlərin təhlükəsizliyi məsələləri üzrə yeni qrup yaradılıb

Bakı. Trend:

ATƏT-in 15 üzv ölkəsi Vyanada yeni "dostlar qrupu" təşkil ediblər.

Trend-in məlumatına görə, yeni "dostlar qrupunun" fəaliyyətinin əsasını jurnalistlərin təhlükəsizliyinin təminatı ilə bağlı məsələlər təşkil edəcək.

Litvanın ATƏT-dəki nümayəndəliyinin "Twitter"də paylaşdığı bəyanatında deyilir: "ATƏT-in 15 üzv ölkəsi Vyanada Fransa, Litva və İsveçin təşəbbüsü ilə jurnalistlərin təhlükəsizliyi üzrə dostlar qrupu təşkil ediblər. ATƏT-in regionunda jurnalistlərin üzləşdikləri təhlükələr artır. Biz səylərimizi birləşdirməliyik".

Təşkilatın KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dezir Arlem təşəbbüsü alqışlayıb və jurnalistlərin təhlükəsizliyinin onun prioritet vəzifəsi olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti