...

Yerevanda körpünü bağladılar - Vəziyyət yenə gərginləşir

Dünya xəbərləri Materials 26 Aprel 2018 12:10 (UTC +04:00)
Ermənistanın paytaxtında son dəqiqələrdə vəziyyət daha da gərginləşir.
Yerevanda körpünü bağladılar - Vəziyyət yenə gərginləşir

Bakı. Trend:

Ermənistanın paytaxtında son dəqiqələrdə vəziyyət daha da gərginləşir. Trend-in məlumatına görə, paytaxtın şimalında yerləşən avtomobil körpüsü hazırda etirazçılar tərəfindən bağlanıb. Bu səbəbdən şəhərdə hərəkət dayanıb.

"RİA Novosti"nin müxbirinin verdiyi məlumata görə, yaxın dəqiqələrdə avtomobillər də hərəkəti dayandıracaq və sürücülər etirazçılara qoşulacaq.

Ermənistan müxalifətinin lideri və deputat Nikol Paşinyan isə bu gün bildirib ki, baş nazir təyin olunanadək kütləvi aksiyalar davam edəcək.

O qeyd edib ki, hakim Respublika partiyası ona baş nazir olmağa imkan verməyənədək etiraz aksiyaları daha da böyüyəcək. N.Paşinyanın sözlərinə görə, etirazçılar artıq öz namizədini seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti